AVTO

24 Yanvar

Renault şirkətinin yeni konsepti işıq üzü görüb

Niderlandın AutoWeek nəşri yeni Renault konseptinin şəkillərini dərc edib.

Fins.az xəbər verir ki, elektrik güc qurğusuna malik olan krossoverin şəkilləri Barselona küçələrində çəkilib. Konsept haqqında rəsmi məlumat verilmir. Şəkillərdəki konseptin krossover olduğu nəzərə çarpır. Onun elektrik mühərriki ilə təchiz edildiyi ehtimal olunur. Çoxsaylı mürəkkəb səthlər və nazik profilli şinlərə malik olan iri təkər diskləri modelin seriyadan Çox uzaq olduğuna dəlalət edir.

Böyük ehtimalla, fransız markası bu konsepti bu ilin mart ayında Cenevrədə keçiriləcək avtosalonda nümayiş etdirəcəkdir.